"Vardanyanın yalanını öz ermənisi üzə çıxardı"

15:33 13-01-2023 | icon 265 | Siyasət
"Vardanyanın yalanını öz ermənisi üzə çıxardı"

"Bu artıq bəzi ermənilərin həqiqəti gördüyünü göstərir"

 

Ermənistan baş naziri Nikol Paşinyanın yaxın tərəfdarlarından hesab edilən deputat Vigen Xaçatryan şok açıqlaması ilə gündəm olub. O, Qarabağda cəmi 40 min erməninin yaşadığını bildirib və separatçılarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Rəşad Ramizli bildirib ki, bu rəqəmlər özü də şişirdilib, əslində orda real yaşayan sakin 20-25 min arasındadır:

 

 

"ALDP sədri Fuad Əliyev müsahibələrdə dəfələrlə bildirib ki, 2021-ci ildə rus sülhməramlılarının erməniləri Xankəndiyə köçürməsi, onlara evlər, məktəblər tikilməsi, erməniləri orada yerləşdirmələsinə baxmayaraq, ermənilərin ordan qaçdığını gördük. Yəni ermənilər də Qarabağda yaşamaq istəmirlər. İndi Araik Harutyunyandan sonra bir Vardanyan ortalığa çıxıb və sərsəm fikirlər səsləndirir ki, guya Xankəndində 120 min erməni yaşayır. Yaxşıdır ki, onun bu yalanını elə öz ermənisi Vigen Xaçatryan üzə çıxartdı. Bu artıq bəzi ermənilərin həqiqəti gördüyünü göstərir. Paşinyanın tərəfdarı tərəfindən səslənməsinin özü də ermənilərin haqqa doğru bir addımıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf