Zəhərli hava ilə bağlı təhlükə


Fransanın Qran-Kuron şəhərində litium batareyaları olan anbar yanır. Hadisə ilə bağlı yayılan kadrlarda müəssisənin alovlara büründüyü görünür.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Onlar alovun qarşısını almağa çalışırlar. Amma hələ ki nəticə ala bilməyiblər. Yanğın yaxınlıqda yerləşən, 70 minə yaxın avtomobil təkərinin saxlanıldığı anqara keçib.
Yanğının ümumi sahəsi təxminən 12 min kvadratmetrdir.
Qeyd edilir ki, litium yandıqda zəhərli ola bilər.
Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Xəbər lenti

Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi
Zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb