Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı barədə DETALLAR

12:45 17-01-2023 | icon 245 | İqtisadiyyat
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı barədə DETALLAR

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı ilə bağlı detallar məlum olub.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Adil Əkbərov bildirib.

 

Onun sözlərinə görə mənzillərin ödənişi nağd şəkildə olacaq:

 

“Evlərin satışı ilə bağlı məhdudiyyət yoxdur. Hər kəs müraciət edib, ala bilərlər. Proses yanvarın 23-də saat 10:00-da başlayacaq. Beş qəsəbədə, beş layihə, 101 bina və 1662 mənzildən ibarət bir satış nəzərdə tutulur. Proses “ms.sosial.gov.az” elektron portalı vasitəsi ilə həyata keçiriləcək. Hər kompleks və binalar barədə məlumatlar orada yerləşdirilib. Ödəniş nağd olacaq, amma vətəndaşlar mənzilləri ipoteka ilə də əldə edə bilərlər”.

 

O qeyd edib ki, bir adam bir neçə mənzili bron edə və ala bilər:

 

“Sistem evi kimin birinci bron etdiyini müəyyənləşdirir və şəxsi kabinetinə bildiriş gəlir. 10 gün ərzində mənzili almadıqda, onu ikinci bron edən şəxs ala bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf