"Bu seçkilərdə güclü partiyalar iştirak edəcək"

12:45 18-01-2023 | icon 198 | Siyasət
"Bu seçkilərdə güclü partiyalar iştirak edəcək"

Fuad Əliyev: "Artıq yeni reallıqlar var və siyasilər işlərini buna uyğun qurmalıdılar"

 

Məlum olduğu kimi, yanvarın 11-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. Yeni Qanun 6 fəsil, 30 maddədən ibarətdir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mövzu ilə bağlı açıqlamasında yeni Qanunun partiyaların təmərküzləşməsinə şərait yaradacağını deyib.

 

ALDP sədrinin fikrincə, bundan sonra kiçik partiyalar siyasi arenada qalmaya bilər:

 

"Artıq bu partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Ümumiyyətlə, biz yeni Qanunun daha sərt olmasının tərəfdarı idik. Qanun qəbul olunana qədər müəyyən müzakirələr gedib, müxtəlif təkliflər verilib, mübahisə doğuran bir sıra müddəalar layihədən çıxarılıb. Artıq yeni reallıqlar var və siyasi partiyalar da işlərini bu reallığa uyğun qurmalı, indi daha çox məsuliyyətli olmalıdırlar”.

 

Fuad Əliyev bildirib ki, yeni nəslin nümayəndələri siyasi proseslərə və siyasi partiyalara cəlb olunmalıdırlar:

 

"Bu mənada yeni Qanunla siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq. Artıq partiya olaraq bu istiqamətdə işlərə başlamışıq. Qarşıda bizi bələdiyyə, parlament və prezident seçkiləri gözləyir. Bu seçkilərdə güclü partiyaların iştirakının şahidi olacağıq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb