Borcları gecikdirənlərin NƏZƏRİNƏ

11:32 19-01-2023 | icon 271 | İqtisadiyyat
Borcları gecikdirənlərin NƏZƏRİNƏ

Borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizmi təkmilləşdirilir.

 

Versus.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, əqd müvafiq tələblərə əməl etməklə elektron informasiya sistemlərinin köməyi ilə bağlanırsa, bu halda yazılı əqd hesab olunacaq.

 

Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

 

Əqd, o cümlədən müqavilə ilə bağlı bir sıra tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda Məcəllə, qanun və digər normativ hüquqi aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bu barədə müvafiq maddələrə düzəlişlər təklif olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb