Televiziyalar 4 000 manat cərimələnə bilərlər


Büdcədən maliyyələşən televiziyalar auditoriya həcminin reytinqini müəyyənləşdirməsə, 4 000 manat cərimələnəcək.
Versus.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcək.
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...