Vətəndaşın qeydiyyatı niyə ləğv olunur?

09:04 20-01-2023 | icon 205 | Cəmiyyət
Vətəndaşın qeydiyyatı niyə ləğv olunur?

“Hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir”

 

“Evimin sənədi yoxdur. Polisə qeydiyyata düşmüşdüm. Amma yeni bilmişəm ki, qeydiyyatım ləğv olunub.  Polisə müraciət etdim, oradan bildirildi ki, qeydiyyata düşmək üçün yenidən məhkəməyə müraciət etməliyəm, məhkəmə qərarından sonra qeydiyyata alına bilərik”. Bunu Bakı sakini Müşfiq Əliyev bizimlə söhbətində bildirib.  O, “Yeni Müsavat”a müraciət edərək məsələnin aydınlaşdırılmasını istəyib. Bakı sakini əlavə edib ki, məhkəmənin müsbət qərar verəcəyinə ümidi yoxdur.

 

Qeyd edək ki, son dövrlər sənədi olmayan mənzillərdə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair xəbərlər çoxalıb. Qeyd edilir ki, həmin şəxslərin şəxsiyyət vəsiqələri də etibarsız sayılır.

 

Onu da diqqətə çatdıraq ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər hansı problemlə üzləşmirdilər.

 

Elşad Hacıyev: Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək  kimi niyyət qoyulmayıb - AZƏRTAC

Elşad Hacıyev

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə müraciət etdik. O, “Yeni Müsavat”a dedi ki, həmin şəxslər mütləq şəkildə ərazi üzrə polis orqanlarına məlumat verməlidirlər: 

 

“Əgər onların qeydiyyat ünvanları yoxdursa, qeydiyyata düşməli yerləri yoxdursa da müraciət etməlidirlər. Müraciətlərə baxılır. Ümumiyyətlə, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə də aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını bildiriblər. Biz bununla bağlı bir neçə gün öncə da məlumat yaymışdıq. İlk olaraq qeyd edim ki, bu məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur".

 

Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə isə DİN rəsmisi deyib ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir: 

 

“Bu baxımdan, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. O da qeyd edilməlidir ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.

 

Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf