Ərdoğandandan "The Economist"ə CAVAB

16:26 20-01-2023 | icon 206 | Dünya
Ərdoğandandan "The Economist"ə CAVAB

"Taleyimizi ingilis jurnalı təyin edə bilməz"

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "The Economist" nəşrinin üz qabığında Türkiyədəki seçkilər barədə təsvirə münasibət bildirib.

 

Versus.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə cümə namazından çıxarkən danışıb.

 

"İndi siz türk mediasına mənsub olanlar kimi "The Economist"in şərhinə "hə" deyirsiniz? Yəni millətiin taleyini onlar təyin edir? Mənim millətim təyin edir. Millət nə desə, Türkiyədə o olur. Türkiyənin taleyini ingilis jurnalı təyin edə bilməz", - deyə o söyləyib.

 

Seçkilər mövzusuna da toxunan Türkiyə prezidenti müxalifətin 14 may tarixindən danışmasını xeyirli əlamət adlandırıb: "Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərlə üz-üzəyik. Türkiyənin prezidenti Ərdoğandır. Konstitusiyada səlahiyyətlər bəllidir. 60 gün əvvəl seçki elan oluna bilər".

 

Ərdoğan Yunanıstanı razılaşmalara uyğun olmayan addımlardan çəkinməyə çağırıb.

 

Qeyd edək ki, "The Economist"in üz qabığında Ərdoğan əleyhinə təsvir yer almışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf