24 gün dənizdə çarəsiz qaldı

04:00 23-01-2023 | icon 141 | Maraqlı
24 gün dənizdə çarəsiz qaldı

Dominikanlı Elvis Françoisin başına filmlərdəki kimi hadisə gəlib.

 

Elvis François dekabr ayında Karib dənizindəki Sent-Martin adasının limanında qayığı təmir etməyə çalışarkən axına düşüb və açıq dənizə sürüklənməyə başlayıb.

 

Dənizçiliklə bağlı məlumatlı olmayan François telefon şəbəkəsi ilə əlaqə kəsildiyi üçün kömək də istəyə bilməyib. 47 yaşlı Elvis günlərlə dənizdə qalıb, 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və ət suyu həbləri yeyərək sağ qalıb.

 

Daha sonra içində olduğu qayığa su dolmağa başlayıb və tapıldığı günə qədər əlindəki parça ilə qayığın içindəki suyu boşaltmağa çalışıb.

 

O, köməyə çağırmaq üçün ocaq qalamağa cəhd edib, lakin buna nail ola bilməyib. Daha sonra yelkənli qayığın gövdəsinə “Kömək” yazıb. Həmçinin günəş şüalarını təyyarəyə əks etdirmək üçün güzgüdən istifadə edib və nəhayət, diqqət cəlb etməyi bacarıb. Təyyarənin ekipajı vəziyyət barədə Kolumbiya donanmasına məlumat verib.

 

Donanma öz növbəsində ticarət gəmisi ilə əlaqə saxlayıb və gəmi təxminən bir ay dənizdə qalan Françoisi xilas edərək liman şəhəri olan Kartagenaya gətirib.

 

“İyirmi dörd gün, nə torpaq göründü, nə də danışmağa adam oldu... Nə edəcəyimi bilmirdim, harada olduğumu bilmirdim. Qayıqda yemək yox idi. Ketçup, sarımsaq tozu və ət suyu həbləri var idi. Ət suyu həblərini su ilə qarışdırıb içdim. Bir nöqtədə artıq ümidimi itirdim, ailəmi düşündüm. Donanmaya təşəkkür edirəm. Onlar olmasaydı, mən bu hekayəni danışa bilməzdim”, - deyə François yaşadıqlarını danışıb.

 

Komandir Karlos Urbano Montes verdiyi açıqlamada Elvis Françoisin sağlamlıq yoxlamasından keçdiyini və səhhətinin yaxşı olduğunu, lakin bir qədər arıqladığını bildirib.

 

Tibbi müayinədən keçdikdən sonra onun evinə qayıda bilməsi üçün immiqrasiya idarəsinə məlumat verilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama