Şagirdləri döyən müəllimədən üzr istədilər

11:15 23-01-2023 | icon 116 | Təhsil
Şagirdləri döyən müəllimədən üzr istədilər

Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırırlar. Bəs əslində məsələ necədir?

 

Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb.

 

Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.

 

Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Solmaz müəllimə bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirib.

 

Solmaz müəllimənin 62 yaşı var və 38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, saçlarını müəllimlik edərək ağardıb. Yaşından çox şagird, ən əsası insan yetişdirib. Bu gün onun yetişdirdiyi şagirdlər eyni məktəbdə onunla çiyin-çiyinə çalışırlar. 40 ilə yaxındır müəllimlik edən Solmaz xanım deyir ki, keçmiş dönəmin şagirdləri ilə indikilər eyni deyil və onları tərbiyə etmək olduqca çətindir.

 

6c sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini dilə gətiriblər və müəllimədən üzr istəyiblər.

 

Videonu çəkən şagird müəlliməni çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu bildirib.

 

Ətraflı süjeti təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf