“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına START

11:46 23-01-2023 | icon 161 | Təhsil
“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına START

Gənc Mühasiblər İctimai Birliyinin “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Belə ki, Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir. Bu məqsədlə Şəki və Qəbələ şəhərində mühasibatlıq və karyera ilə bağlı təlimlərin keçirilməsi, sonda isə Milli Mühasiblər Forumunun II hissəsinin keçirilməsi nəzərdə tutulur. Layihə nəticəsində gənc mühasiblərin bilik və bacarıqlarının nəzəri və praktiki əsaslarla möhkəmləndirilməsi, onların peşəkar mühasib və təlimçi kimi inkişaf etmələrinə təkan veriləcək, gənc mühasiblərin karyera yönümlü hazırlığı təşkil olunacaq, onların işlə təmin olunmalarına fürsət yaranacaq. Həmçinin II Milli Mühasiblər Forumu nəticəsində Bakı şəhəri və regionlardakı gənclərə yeni dünya görüşü qatacaq, onların peşə seçimi və karyera inkişafı ilə bağlı sualları cavablandırılacaqdır. KİV vasitəsi ilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq.

 

Layihə 20 dekabr 2022-ci il tarixindən 20 mart 2023-cü il tarixinə qədər müddəti əhatə edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb