CinemaPlus bu filmlə 1920-ci illərə geri döndü

14:38 23-01-2023 | icon 141 | Şou-biznes
CinemaPlus bu filmlə 1920-ci illərə geri döndü

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında tarixi komediya-dram janrında olan “Babylon” Amerika filminin premyeradan öncə nümayişi keçirilib. 

 

Versus.Az xəbər verir ki, film 1920-ci illərin sonlarında, Hollivudun səssiz kinodan səsli kinoya keçidi zamanı, bir çox personajların yüksəlişi və enişindən bəhs edir.

 

Filmin rejissoru və ssenari müəllifi Demyen Şazelldir. Baş rolları Bred Pitt, Marqo Robbi, Dieqo Kalva, Cin Smart, Covan Adepo və Li Cun Li ifa ediblər.

 

Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

 

Qonaqlar “S Dizayn” dekorasiya şirkəti tərəfindən yaradılmış 1920-ci illərin sonlarının ab-havasını hiss ediblər.  İfaçılar Qorqud və Mado Salih retro mahnıları ilə gecəyə rəng qatıblar. Saksofonçu Emin Kazımzadə gözəl caz melodiyaları ifa edib. “A1” rəqs qrupundan kabare üslubunda parlaq alovlandırıcı şou göstərilib.

 

Həmçinin tədbirin təşkilinə MADO restoranı, “Astoria Wines Azerbaijan” italyan şirkəti və “ArtEast Group” reklam agentliyi də dəstək olub.

 

Gecə film nümayişi ilə başa çatıb.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama