Hindistanlı hakimdən maraqlı açıqlama

08:19 24-01-2023 | icon 129 | Maraqlı
Hindistanlı hakimdən maraqlı açıqlama

“Yer üzündəki problemlərin səbəbi inəklərin kəsilməsidir”

 

Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şübhəli bilinən şəxsi ömürlük həbs cəzasına məhkum edib. Hakim Samir Vinodçandra Vyas hökmü elan edərkən bildirib ki, inəklərin kəsimi dayandırılanda dünyanın bütün problemləri həll olunacaq.

 

“Yer üzünə bir damla da inək qanının düşmədiyi gün bütün problemlər həll olunacaq və Yer üzünün rifahı hökm sürəcək”, - deyə məhkəmənin qərarında bildirilir.

 

Sənəddə, həmçinin inəyin təkcə heyvan deyil, həm də ana olduğu bildirilir.

 

Qeyd edək ki, məhkəmədə 2020-ci ilin avqustunda 16-dan çox inəyi və buzovu qanunsuz daşıdığına görə həbs edilən Məhəmməd Əminin işinə baxılıb. Məlumata görə, yük maşınına yığılan heyvanların uzanma və yeyib-içmə şəraitləri olmayıb.

 

Hakim hökmü oxuyarkən bildirib ki, inəklərin keyfiyyətsiz daşınması, kəsilməsi ağrı və kədər işidir:

 

“İnək peyinindən tikilmiş evlər atom radiasiyasından təsirlənmir, inək sidiyi bir çox sağalmaz xəstəliklərin dərmanıdır.  İnəklər bədbəxt olduqca, sərvətimiz, malımız yox olur. İnəklərin sayı kəskin şəkildə azalıb və elə bir vaxt gələcək ki, inəklərin yalnız rəsmi çəkiləcək”, - deyə hakim bildirib.

 

O, bu gün mövcud olan problemlərin əsəbiliyin və qaynar temperamentin yayılması ilə bağlı olduğunu vurğulayıb.

 

“Bunun artmasının yeganə səbəbi isə inəklərin kəsilməsidir. Bu, tamamilə qadağan olunana qədər, sattvik iqlim dəyişikliyi öz təsirini göstərə bilməz”, - deyə məhkəmə qərarını verib.

 

Hinduizmdə  saflığı və bolluğu təmsil edən inək müqəddəs heyvan sayılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf