“Oskar” mükafatına NAMİZƏDLƏR

10:36 25-01-2023 | icon 120 | Şou-biznes
“Oskar” mükafatına NAMİZƏDLƏR

ABŞ Kino Sənəti və Elmləri Akademiyası “Oskar” mükafatına namizədləri elan edib.

 

Nominasiyaların sayında lider 11 mükafata iddialı “Hər şey hər yerdə və dərhal” filmi olub.

 

“Ən yaxşı film” nominasiyası üzrə “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Avatar: Su yolu”, “İnişerin banşiləri”, “Elvis”, “Hər şey hər yerdə və dərhal”, “Fabelmanlar”, “Tar”, “Top Qan: Meverik”, “Kədər üçbucağı”, “Qadınlar deyir” ekran əsərləri irəli sürülüb.

 

“Ən yaxşı rejjissor” adı uğrunda Martin MakDona (“İnişerin banşiləri”), Den Kvan və Deniel Şaynert (“Hər şey hər yerdə və dərhal”), Stiven Spilberq (“Fabelmanlar”), Todd Fild (“Tar”) və Ruben Estlund (“Kədər üçbucağı”) mübarizə aparacaqlar.

 

Ostin Batler (“Elvis”), Kolin Farrell (“İnişerin banşiləri”), Brendan Freyzer (“Balina”), Pol Meskal (“Mənim Günəşim”), Bill Nayi (“Yaşamaq”) 2022-ci ilin ən yaxşı aktyoru, Keyt Blanşett (“Tar”), Ana de Armas (“Sarışın”), Andrea Raysboro (“Leslinin xatirinə”), Mişel Uilyams (“Fabelmanlar”), Mişel Yeo (“Hər şey hər yerdə və dərhal”) isə ötən ilin ən yaxşı aktrisası ola bilərlər.

 

Maraqlıdır ki, “Ən yaxşı sənədli film” nominasiyasında namizədlər siyahısına Daniel Roerin rusiyalı müxalifət lideri Aleksey Navalnı haqqında “HBO Max” və “CNN Films” üçün çəkdiyi “Navalnı” filmi daxil edilib.

 

Qaliblər martın 12-də Los Ancelesdəki “Dolby Cinema”da keçiriləcək 95-ci “Oskar” mərasimi zamanı elan olunacaq. Mükafat üçüncü dəfə amerikalı komediyaçı və teleaparıcı Cimmi Kimmel tərəfindən veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf