Elşad onların evliliyindən DANIŞDI

10:39 25-01-2023 | icon 181 | Şou-biznes
Elşad onların evliliyindən DANIŞDI

Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.

 

“YouTube”da yayımlanan müğənni Rəqsanə İsmayılovanın aparıcısı olduğu “Göz önündə” verilişinin qonağı olan repçi “Oksana ilə Şəhriyarın evliliyinə inanırdın?” sualına cavab olaraq bu mövzuya biganə olduğunu və danışmaq istəmədiyini bildirib: 

 

“Daxilən tərəddüd edən insanam, hər şeyi araşdıranam, ilk baxışdan inanmaram. Sadəcə olaraq bu mövzu mənə maraqlı olmayıb deyə izləməmişəm. İnansam nə olacaq, inanmasam nə? Bu mövzuya mən o dərəcə biganəyəm ki, həmişə qaçmışam, açmamışam, istəmirəm bu haqda danışam”.

 

O qeyd edib ki, əgər 4-5 insan birini pisləyirsə, deməli burada nəsə var:

“Deyir, əgər sənin bir neçə ərin olubsa və onlar hamısı səni döyübsə, deməli problem səndədir, misal üçün deyirəm. Hamı pis ola bilməz axı. Sadəcə olaraq kimsə xəyanətə öyrəşib, kimsə yox. Ona görə bir az çətin mövzudur”. 

 

Qeyd edək ki, Elşad Xose və Oksana Rəsulova 2012-ci ildə ailə qurub. Lakin bir il sonra cütlük qalmaqallı şəkildə boşanıb. İllər sonra aparıcı Şəhriyar Əbilovla evlənən Oksana 2022-ci ilin sentyabrında ondan boşandığını açıqlayıb. Keçmiş cütlüyün bu nikahdan Osman adlı bir oğlu var.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

Kütləvi təqaüdə qeydiyyat başlandı

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb