Yerin nüvəsi indi əks istiqamətdə hərəkət edə bilər

10:47 25-01-2023 | icon 144 | Maraqlı
Yerin nüvəsi indi əks istiqamətdə hərəkət edə bilər

“Yerin daxili nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə fırlana bilər”.

 

Çindəki Pekin Universitetinin alimləri İ Yan və Syadun Sun bu qənaətə gəliblər.

 

Onların fikrincə, Yerin daxili nüvəsi son on ildə demək olar ki, fırlanmağı dayandırıb.

 

“Nature Geoscience” jurnalında bununla bağlı dərc olunan məqalədə Yerin sirli daxili strukturu  nəzərdən keçirilib və nüvəni yarıb keçmiş zəlzələlərdən yaranan seysmik dalğalar araşdırılıb.  

 

Daxili nüvənin seysmik dalğaları ilə bağlı verilən məlumatlar 1960-cı illərdə başlayan Alyaska qeydlərinə əsaslanır.

 

Alimlərin ehtimallarına görə, bu dəyişikliklər “yırğalanma” dövrünün bir hissəsidir və daha yeddi onillik davam edə bilər.

 

Pekin Universitetinin seysmoloqu və tədqiqatın müəllifi Syadun Sun daxili nüvəni “planetin içindəki bir planet” kimi xarakterizə edib və qeyd edib ki, buna görə də onun necə hərəkət etməsi çox vacibdir. Ancaq onun hərəkət mexanizmi hələ də sirr olaraq qalır.

 

Hələlik Yerin daxili nüvəsinin əsasən bərk dəmirdən əmələ gəldiyi məlumdur. “National Geographic”in məlumatına görə, 1220 km radiusa və təxminən 5200 dərəcə temperatura malikdir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf