ADNSU-da 16 kitabdan ibarət Texniki-Populyar seriyasının TƏQDİMATI

11:01 25-01-2023 | icon 159 | Təhsil
ADNSU-da 16 kitabdan ibarət Texniki-Populyar seriyasının TƏQDİMATI

Yanvarın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ölkəmizin tarixində ilk dəfə olaraq 16 kitabdan ibarət Texniki-Populyar seriyanın təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, təqdimat mərasimində universitetin prorektorları, professor-müəllim heyəti, həmçinin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov universitetin müxtəlif elm sahələrinə həsr edilən 16 kitabdan ibarət Texniki-Populyar seriyanın əhəmiyyətindən danışıb. ADNSU-da mütəmadi olaraq elmin müxtəlif sahələri üzrə, xüsusilə də texniki, kimya, energetika və geologiyaya həsr olunmuş kitabların nəşr olunduğunu bildirib.

 

Tədbirdə müasir dövrdə elmi ədəbiyyatın daha da təkmilləşməsinin vacibliyi qeyd olunub, bildirilib ki, təqdimatı keçirilən Texniki-Populyar seriya texniki sahələr üzrə əhəmiyyətli vəsaitdir və kitablardan tələbələrlə yanaşı magistrlər, doktorantlar, müəllimlər və elmi işçilər də faydalana biləcəklər.

 

Sonda kitab müəllifləri təəssüratlarını bölüşüb və kitabların nəfis şəkildə çapına görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

 

Qeyd edək ki, Texniki-Populyar seriya Azərbaycanda elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. 16 kitabdan ibarət seriya “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə İstanbul şəhərində çap olunub. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf