Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edir


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Versus.Az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 yük avtomobili Laçından Xankəndi, 1 minik maşını isə əks istiqamətə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. /report/

Xəbər lenti

Şəhid ailələri və qazilərlə bağlı YENİLİK
Bu layihə ianələr hesabına baş tutur