Rusiya Paşinyanı Vardanyanla əvəz edir?

09:28 26-01-2023 | icon 123 | Dünya
Rusiya Paşinyanı Vardanyanla əvəz edir?

Rusiya Cənubi Qafqazda münaqişələri qızışdırmaq və Ermənistan hakimiyyətini Moskvanın marionetkası etmək istəyir.

 

Amerikanın mühafizəkar “The Washington Times” qəzeti Qarabağdakı erməni separatçı anklavının rəhbəri Ruben Vardanyanın Rusiya Federasiyası tərəfindən maliyyələşdirilməsi, onun İranla əlaqələri və Ermənistanın Baş naziri Nikol Paşinyanı əvəzləmək istəyi barədə ətraflı məqalə dərc edib:

 

“Rusiya rejimi Azərbaycanın Qarabağdakı erməni azlığı manipulyasiya edir. Moskva Qarabağ üzərində nəzarətini gücləndirir və Ermənistanın özünə hakim olmaq üçün regiondan alət kimi istifadə etməyi planlaşdırır. İndi Kreml Qərbə doğru istiqamətlənən Paşinyanın yerinə Vardanyanı hazırlayır”.

 

Məqalədə qeyd olunur ki, Vardanyanın İranla əlaqələrini Rusiyanın Qorçakov Fondu vasitəsi ilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda Tehrandan hökumət tərəfindən təsdiqlənmiş məruzəçilərin iştirakı ilə tədbirlər təşkil edir.

 

Onların arasında Tehran Beynəlxalq Münasibətlər İnstitutunun və İran Silahlı Qüvvələrinin Baş Qərargahına tabe struktur olan Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Ehsan Movahedyan da var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf