Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərməsi ORTAYA ÇIXIR

23:28 30-01-2019 | icon 169 | Hadisə
Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərməsi ORTAYA ÇIXIR

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Versus.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindiriliblər.

 

Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Heydər Əhmədov məhkəmədə ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deport olunmuş, bundan sonra ailəsinin dolanışığı məqsədilə ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olmuşdur. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15.000-20.000 ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları vatsap vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında görüşərək onlara çatdırmış və etdiyi xidmətə görə aylıq 500 manat qazancı olurdu.

 

Heydər Əhmədov ifadəsində həmçinin qeyd etmişdir ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında vatsap vasitəsi ilə onun istifadə etdiyi mobil telefona göndərmişdir. Həmin vaxtı Aslan ona yazaraq Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməyini bildirmişdir. Aslanla telefon yazışmalarından sonra səhəri gün Vidadi Rüstəmli ilə 5 №-li xəstəxənanın qarşısında görüşərək həmin 37 min ABŞ dollarına yaxın pulu ona vermişdir. Bundan sonra Vidadi Rüstəmli onunla vatsap vasitəsi ilə əlaqə saxlamış, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dollar pulu həmişə olduğu kimi 5 №-li xəstəxənanın qarşısından gəlib götürmüşdür.

 

Ceyhun Hüseynov məhkəmədə ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxın müddətdir ki, Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsi ilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4.000-5.000 ABŞ dolları pul götürmüşdür. C.Hüseynov vurğuladı ki, hətta bir dəfə Vidadi ondan 50.000 ABŞ dolları məbləğində pul götürmüşdür.

 

Rauf İsgəndərov isə məhkəmədə dindirilərkən bildirdi ki, bank əməliyyatı olmadan ABŞ dollarının köçürülməsi işi ilə məşğul olur. Rauf İsgəndərov həmin işi hazırda Moskva şəhərində yaşayan atası Sahibin vasitəsi ilə qurduğunu qeyd edərək qanunsuz qaydada köçürmə yolu ilə pul verdiyi şəxslərdən birinin də Vidadi Rüstəmli olduğunu qeyd etmişdir. R.İskəndərov istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, təxminən 2016-cı ilin əvvəllərindən 2017-ci ilin sonlarınadək AXCP üzvü Vidadi Rüstəmliyə hər dəfə müxtəlif məbləğlərdə pullar vermişdir. Vidadiyə demək olar ki, 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğlərdə pullar vermişdir. Verdiyi ən az məbləğ 300-400 ABŞ dolları, ən çox isə 3.000 ABŞ dolları olmuşdur.

 

AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli ifadəsində göstərmişdir ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazıb Əli Kərimlinin çıxışlarının niyə görə keyfiyyətsiz olduğunu soruşmuş, ona demişdir ki, ola bilsin ki, kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş etmişdir ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcəkdir, həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi Vidadi ilə Gənclik metrostansiyasının yanında görüşmüş və vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırmışdır

 

Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları aldığını etiraf etdi.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Jurnalistin qardaşının evi yenə qarət edildi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb