“Erkən final”ın ilk dueli Parisdə olacaq

10:10 14-02-2023 | icon 169 | İdman
“Erkən final”ın ilk dueli Parisdə olacaq

“Milan” və “Tottenhem” “San Siro”da qarşılaşacaqlar

 

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.

 

Versus.Az xəbər verir ki, 1/8 finalın ilk iki oyun keçiriləcək.

 

Mərhələnin ən diqqətçəkən görüşü Parisdə baş tutacaq. 2019/2020 mövsümünün finalçıları Fransa PSJ-si ilə Almaniya təmsilçisi “Bavariya” birincilərin meydanında üz-üzə gələcəklər. 2023-cü ildə heç də yaxşı nəticələr göstərməyən PSJ-də aparıcı futbolçular Neymar, Kilian Mbappe və Lionel Messinin durumları qeyri-müəyyən idi. Lakin hər üç hücumçunun böyük ehtimalla meydanda olacağı açıqlanıb.

 

Əvəzində “Bavariya” “erkən final”a ciddi itkilərlə çıxacaq. Uzunmüddətli zədədən əziyyət çəkən qapıçı Manuel Noyer və vinger Sadio Mane münhenlilərə kömək edə bilməyəcəklər. Həmçinin, Lukas Ernandes və Nussair Mazraui də zədəlidirlər.

 

Paralel keçən qarşılaşmada İtaliya çempionu “Milan” İngiltərə təmsilçisi “Tottenhem”i qəbul edəcək. İlk duel öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. “Milan”da Serjinyo Dest, İsmael Bennaser, Alessandro Florensi, Zlatan İbrahimoviç, Maykl Menyan və Fikayo Tomorinin yoxluğunu vurğulamaq lazımdır.

 

“Tottenhem”də isə Rodriqo Bentankur, İv Bissuma, Pyerr-Emil Hoybyerq, Uqo Lyoris və Rayan Sessenyon müxtəlif səbəblərdən baş məşqçi Antonio Kontenin sərəncamında olmayacaqlar.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

 

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Paris. “Park De Prens” stadionu

 

00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)

Baş hakim: Sandro Şerer (İsveçrə)

Milan. “San Siro” stadionu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?