Nigar Camal Dima Bilanın konsertinə dəvət aldı

11:19 14-02-2023 | icon 346 | Şou-biznes
Nigar Camal Dima Bilanın konsertinə dəvət aldı

“Avroviziya 2011” qalibimiz Nigar Camal Moskvaya yollanıb.


Versus.az xəbər verir ki, sənətçi Rusiyaya duet ortağı Dima Bilanın dəvəti ilə gedib.


O, Bilanın 14-15 fevralda “Crocus City Hall”da keçiriləcək yubiley konsertində çıxış edəcək. Müğənninin sənət fəaliyyətinin 25 ili münasibətilə baş tutacaq gecədə Nigar Dimayla “Обними меня” duetini səsləndirəcək.


Sənətçi Rusiyaya ötən gün yollanıb. Məşhur hotellərin birində qalan Nigara otağına girərkən sürpriz də edilib. Onun fotolarının asıldığı şarlar və “Xoş gəldin” məktubu otağa qoyulub.


Qeyd edək ki, konsertlərdə N.Camala rejissor Ranar Musayev yoldaşlıq edəcək.


Onu da bildirək ki, sözügedən duet 2012-ci ildə “Muz” TV mükafatlarında “Rusiyada ilin ən yaxşı dueti” nominasiyası üzrə qalib olub. “Обними меня” mahnısına çəkilən klip ilk dəfə 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi günlərində Dima Bilənın verdiyi xüsusi konsertində təqdim edilmişdir. 5 il sonra onlar mahnını Bakıda keçirilən “JARA” festivalında ifa ediblər.


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı