Kremldaxili çəkişmə:

13:15 14-02-2023 | icon 174 | Dünya
Kremldaxili çəkişmə:

 

"Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin təyyarəsi vurulub. “Hava dueli” çağırışı Hadisənin Y.Priqojinin Ukrayna Prezidenti V.Zelenskiyə videomüraciətində onu “hava duelinə” çağırmasından sonra baş verməsi diqqət çəkir. Priqojin Donetsk vilayətinin Baxmut rayonunda “Su-24” təyyarəsi ilə uçuş həyata keçirərkən vurulub. Baş verən olayda zərərçəkən olmasa da, hadisənin kim və ya kimlər tərəfindən törədilməsi sual doğurub.

 

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən politoloq Turan Rzayev hesab edir ki, Yevgeni Priqojinin bu yolla Ukrayna prezidentini duelə dəvət edərkən nə dərəcədə ciddi olduğunu və onu gözlədiyini göstərməyə çalışıb. Ekspert hesab edir ki, diqqətçəkən məqam Priqojinin içərisində olduğu “Su-24” təyyarəsinin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasıdır.

 

“Onun məhz Donetsk vilayətinin Baxmut rayonunda olması, “Su-24” təyyarəsi ilə uçuş həyata keçirməsi kimi məlumatları Ukrayna tərəfi belə rahatlıqla əldə edə bilməzdi. Bu həm də baş verən hadisənin Kremldaxili çəkişmədən qaynaqlana biləcəyi ehtimalını gücləndirir. Kremldaxili çəkişmə “Vaqner” özəl hərbi şirkəti bu gün Suriya, Afrika, Ukrayna və s. ölkələrdə quru əməliyyatlarında iştirak edən qeyri-rəsmi hərbi birləşmədir. Şirkətin döyüşçüləri çoxsaylı hərbi cinayətlər, o cümlədən məhkəmədənkənar edamlar törətməkdə şübhəli bilinir. ÖHŞ-nin qurucusu və sponsoru Yevgeni Priqojin də bunları inkar etmir. Priqojin həm birbaşa Prezident Vladimir Putindən təlimat aldığı, həm də ölkədaxili cinayətləri icra etdiyi üçün Rusiya hərbi-siyasi elitasında ona nifrət var. Bu mənada Kreml daxilində Priqojinin ölümünü arzulayan şəxslərin olduğunu deyə bilərik. Mümkündür ki, Priqojinin “Su-24” təyyarəsi ilə Donetsk vilayətinin Baxmut rayonunda uçuş həyata keçirməsi informasiyasını Ukrayna tərəfinə məhz onun ölməsini istəyən rusiyalı siyasi və ya hərbi elita nümayəndələri məqsədyönlü şəkildə ötürüb”.

 

Versus.az

Pəri

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?