İlk ali təhsilli azərbaycanlı MEMAR

11:30 16-02-2023 | icon 122 | Cəmiyyət
İlk ali təhsilli azərbaycanlı MEMAR

İlk ali təhsilli azərbaycanlı memar Zivər bəy Əhmədbəyovun anım günüdür.

 

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı quberniyasının idarəsində, sonra isə Bakı Şəhər İdarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1922-ci ilə qədər Bakı şəhərinin baş memarı olub.

 

Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzəpir məscidinin, Göyçayda Əbülfəzl Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908, məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsi ilə tikilib.

 

Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

 

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də qalmaqdadır.

 

1917-ci ildə Z.Əhmədbəyov “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradıb.

 

Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

 

Qeyd edək ki, Zivər bəy Əhmədbəyovun Şamaxıdakı iki evindən biri bu günədək qorunub-saxlanılır. Şirvanşah İbrahim küçəsində yerləşən və Əhmədbəyovun öz layihəsi əsasında tikilən bu bina qış evi kimi istifadə edilib. Sonralar satılan və sovet rejimində istismar olunan tikili daha sonra sahibləri tərəfindən yenidən əldə edilib.

 

26 may 2011-ci ildə Bakıda metronun “Nizami” stansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

 

Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı