Tehran böyük risk altında


Sayif Əl-Adil “Əl-Qaidə” terror təşkilatının faktiki lideri olaraq tanındı. BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatında bu haqda məlumat öz əksini tapıb.
ABŞ-ın kabusuna çevrilən şəxs İranda “Əl-Qaidə”nin lideri oldusa Tehran hansı risk altındadır?
Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, Əl-Adil Birləşmiş Ştatların “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyinə gətirildiyi məlum idi. Lakin bu informasiya bu günə qədər rəsmi olaraq təsdiqlənməmişdi.
Əl-Adil ilə bağlı ən diqqətçəkən məqam isə onun hazırda İranda olmasıdır.
Onun sözlərinə görə, Sayif Əl-Adil prinsip etibarilə sələfləri Ayman Əl-Zəvahiri və Üsamə bin Ladendən təhlükəli hesab edilir.
“Rəsmi Vaşinqton və Qərb agentləri uzun müddətdir ki, Əl-Adilə Əl-Zəvahirinin ehtimal varisi kimi baxıb. Onun hazırda “Əl-Qaidə” lideri olması ABŞ üçün heç də arzuolunan bir hal deyil.
Məsələ ondadır ki, Əl-Adil professional hərbçi, Misirin keçmiş xüsusi təyinatlılar zabitidir. Bundan başqa o, 1990-cı illərin əvvəlindən başlayaraq Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü olub.
Əl-Adili Vaşinqton üçün kabusa çevirən əsas məqam isə şübhəsiz onun 1992-1994-cü illərdə Somalidə Moqadişuda ABŞ qüvvələrinə qarşı döyüşməsidir. Eyni zamanda “Əl-Qaidə”nin Misir qolu olan “Misir İslami Cihad”ın və somalililərin təlimlərinə yardım edən Əl-Adili ABŞ üçün çox təhlükəli hesab edilir.
Əl-Qaidənin yeni liderinin qruplaşmanı İrandan idarə etməsi üçün ABŞ üçün daha ciddi problemlər yarada bilər.
Sayif Əl-Adilin “Əl-Qaidə” terror təşkilatını İrandan idarə etməsi ABŞ-ın həm bu ölkəyə aviazərbələr endirməsi, həm də hərbi müdaxilə etməsi üçün əsas yaradır. Məsələ ondadır ki, 2001-ci il 11 sentyabr hücumlarından sonra Əfqanıstanda Taliban hökuməti Əl-Qaidə terror qrupuna sığınacaq verdi.
ABŞ isə ilk olaraq Əl-Qaidənin Əfqanıstandakı təlim obyektlərini bombaladı. Daha sonra isə Vaşinqtonun Əfqanıstana müdaxiləsi və yerli əfqan qəbilələrin dəstəyi ilə Taliban hakimiyyəti devrildi.
Mümkündür ki, ABŞ Əfqanıstan ssenarisini İranda tətbiq etmək istəyir. Əl-Adilin İranda olması Vaşinqtonun ilkin olaraq Əfqanıstandakı kimi İranın bir sıra strateji hədəflərinə zərbələr endirməsi ilə müşahidə edilə bilər. Mümkündür ki, Vaşinqton ilk olaraq Tehrandan Əl-Adilin ona verilməsini istəyə bilər. Tehran bu istəyə mənfi cavab verəcəyi təqdirdə ABŞ İrana hərbi müdaxilə üçün ciddi əsas əldə etmiş olacaq”.
Versus.az
Ləman
Xəbər lenti

Muzey Şəhidi Rövşən Camalovun yubileyində
I Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb