"Mitinq keçirmək, təxribat törətmək gizli maliyyə hesabına edilir"

13:44 01-02-2019 | icon 94 | Siyasət
"Mitinq keçirmək, təxribat törətmək gizli maliyyə hesabına edilir"

 

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var.

 

Versus.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, bəzi müxalifət partiyaları maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmirlər, ya da boş təqdim edirlər ki, guya bunların maliyyə dövriyyəsi olmayıb:

 

“Bəs maliyyələri yoxdursa, ofisləri, işçiləri, cangüdənləri haradan, necə olur? Bütün bunlar qaranlıq mənbələr hesabına edilir. Bu mənbələri ortaya çıxarmaq lazımdır. Mitinq keçirmək, təxribat törətmək, insanları küçəyə çıxarmaq - hamısı gizli maliyyə hesabına edilir. Bütün bunlar tapşırıq əsasında edilir. O gizli maliyyəni verənlər tapşırıq da verirlər. Onlar üçün xalq, dövlət anlayışı yoxdur, ancaq sifariş yerinə yetirirlər. Hesab edirəm ki, bütün bunların qarşısı qanunvericiliklə alınmalıdır”.

 

S.Novruzov qeyd edib ki, xaricdən Azərbaycan qarşı yönəldilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər:

 

“Onlar yalnız təhqir etməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Təhqiri də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Biz illərdir siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan inkişaf etdikcə, bizi sevməyən qüvvələrin halı daha da pisləşir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Aysel və Xoşqədəmin davasında son durum

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi

Rusiya ordusunda xidmət edən azərbaycanlı faciəvi şəkildə öldü