Hamilə qadının içki eşqi ilə...

09:58 17-02-2023 | icon 140 | Maraqlı
Hamilə qadının içki eşqi ilə...

Hamiləlikdən əvvəl və hamiləlik zamanı qəbul edilən spirtli içkilər dünyaya gələcək uşaqların üz quruluşuna təsir edir.

 

Bu barədə Rotterdamdakı Erasmus Tibb Mərkəzinin alimlər qrupu tədqiqat aparıblar. Onların işlərinin nəticələri “Human Reproduction” jurnalında dərc olunub.

 

Araşdırmalar zamanı elm adamları süni intellekt (AI) alqoritmindən və dərin öyrənmə texnologiyasından istifadə edərək qadınların hamiləlikdən üç ay əvvəl başladığı (hamiləliyin başlanğıc vaxtında dayandırdığı), həmçinin uşaq dünyaya gətirdikdən sonra içdikləri spirtli içkilərin miqdarı, eləcə də uşaqların üzlərinin quruluşunun dəyişməsi barədə məlumatları 3D təsvir şəklində yükləyiblər.

 

Ümumilikdə doqquz yaşında 3149 uşaq və 13 yaşında 2477 uşağın məlumatları istifadə olunub.

 

Kompüter simulyasiyaları göstərib ki, həqiqətən də spirtli içkilərlə üzün formasının dəyişməsi arasında əlaqə var. Bu fakt hətta analar həftədə 12 qramdan az içki (175 mililitr şərab və ya 330 mililitr pivəyə ekvivalent) istehlak etsələr də, müşahidə olunub.

 

Tədqiqatçılar qeyd edirlər ki, onların kəşfi müəyyən pozğunluqları müəyyən etməyə kömək edə bilər, çünki üz sağlamlığın güzgüsüdür, yəni uşağın orqanizminin ümumi vəziyyətini əks etdirir.

 

Bundan əlavə, əgər ana müntəzəm olaraq böyük dozada alkoqol qəbul edərsə, bu fetal spirt sindromu ilə nəticələnə bilər, bunun da mənfi təsirləri uşaqların üzündə də əks olunur. Belə xəstələrdə böyümə geriliyi, nevroloji çatışmazlıqlar və anormal üz inkişafı, həmçinin koqnitiv pozğunluq, diqqət çatışmazlığı, öyrənmə çətinlikləri, yaddaş çətinlikləri, davranış anomaliyaları, nitq gecikməsi və s. görünür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı