Sabah hava dumanlı və yağışlı olacaq

13:47 01-02-2019 | icon 272 | Gündəm
Sabah hava dumanlı və yağışlı olacaq

 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Azərbaycan mətbuatı – 145

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA