Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəmələr yaşadıqları ünvanlarda təqdim edildi

13:52 01-02-2019 | icon 117 | Sosial
Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəmələr yaşadıqları ünvanlarda təqdim edildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən məlumata görə, bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Bu amil nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.

Müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.

 

Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial siyasət şəhid ailələrinə dövlət qayğısının da mütəmadi olaraq artırılmasına səbəb olur. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi də bunun əyani təsdiqidir. İndiyədək onlardan 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi cari il ərzində başa çatdırılacaq.

 

M.Hüseynova və C.Nuhov şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmanın təzahürü kimi onlara birdəfəlik ödəmənin verilməsinə, 30 yanvar 2019-cu il tarixli Fərmanla isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılaraq 242 manatdan 300 manata çatdırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Jurnalistin qardaşının evi yenə qarət edildi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür