Maşınların aşmağa qoymadığı binalar


Zəlzələ bölgəsindən heyrətamiz kadrlar
Türkiyədə episentr Kahramanmaraş olmaqla 11 vilayətdə baş verən 2 böyük zəlzələdən sonra ölənlərin sayı 38 mini keçib. Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri də Hataydır. Şəhərdə yüzlərlə bina yerlə-bir olub, bəziləri isə qismən dağılıb.
Ancaq bəzi binalar var ki, onlar qarşılarına park edilmiş avtomobillər sayəsində uçmayıblar. Bəlkə də buna görə, neçə insan xilas ola bilib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Görüntülərdə binaların qarşısına park edilmiş avtomobillərin dayaq rolu oynayaraq onların aşmasının qarşısını aldığı görünür.
Xəbər lenti

Evinin önündə sui-qəsdə məruz qalan deputat xəstəxanaya yerləşdirilib
Onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur