Sabah axşam saatlarında VACİB ÇIXIŞ olacaq

14:00 20-02-2023 | icon 255 | Dünya
Sabah axşam saatlarında VACİB ÇIXIŞ olacaq

ABŞ prezidenti Co Bayden Polşaya səfəri zamanı Rusiya-Ukrayna müharibəsinin birinci ilində vacib çıxış edəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Ağ Ev rəsmiləri açıqlama veriblər.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi və Ağ Evin sözçüsü Karine Jean-Pierre jurnalistlərə Baydenin 20-22 fevral tarixlərində Polşanın paytaxtı Varşavaya səfəri barədə məlumat veriblər.

 

Ağ Evin sözçüsü Jean-Pierre, Baydenin Varşavada "vacib bir çıxış" edəcəyini bildirərək, prezidentin bunu Rusiya-Ukrayna müharibəsinin birinci ilindən əvvəl etmək istədiyini vurğulayıb

 

Koordinator Kirbi isə deyib ki, Bayden həmin çıxışı fevralın 21-i axşam saatlarında edəcək.

 

Baydenin 21 fevralda Polşa prezidenti Andrzej Duda ilə də görüşəcəyini qeyd edən Kirbi liderlərin ikitərəfli əməkdaşlığı, həmçinin NATO-nun çəkindirmə siyasətini gücləndirmək səylərini müzakirə edəcəklərini bildirib.

 

Ukraynadakı müharibə kontekstində Polşanın logistik roluna işarə edən Kirbi Baydenin həm bu mövzuda, həm də Ukraynadan gələn qaçqınlarla bağlı dəstəyinə görə Dudaya təşəkkür edəcəyini də qeyd edib.

 

Kirbi deyib ki, Baydenin Polşaya səfəri "vacib məqamda edəcəyi mühüm səfərdir".

 

Baydenin Varşavadan başqa heç bir səfər planının olmadığını ifadə edən Kirbi bu planda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş olmadığını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi