Tənqidlər onu özündən çıxartdı


Hollivud ulduzu Leonardo DiKaprio gənc qızlarla eşq yaşamasına görə dəfələrlə tənqid edilib.
Versus.Az xəbər verir ki, aktyorun 19 yaşlı Eden Polani ilə münasibəti isə son günlər gündəmdən düşmür.
Tvitterdə DiKaprio ilə bağlı yüzlərlə status paylaşılıb. Bu isə aktyoru özündən çıxarıb.
Aktyora yaxın olan mənbə "Daily Mail"ə bildirib ki, Leo hazırda tənhadır:
"Aktyor hazırda çox əsəbidir. O, bu yaşda qızları xüsusi olaraq seçmir. Onun niyyəti yetkin və ciddi münasibətdir. Amma hər dəfə belə bir hal alınır. Onun gənc xanımları sevdiyi ilə bağlı deyilənlər Leonun həyatına çox mənfi təsir edir". /Axşam.az/
Xəbər lenti

Muzey Şəhidi Rövşən Camalovun yubileyində
I Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb