Fikrət Əmirovun anım günüdür

11:21 20-02-2023 | icon 110 | Mədəniyyət
Fikrət Əmirovun anım günüdür

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anım günüdür.

 

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ilin noyabrın 22-də Gəncə şəhərində anadan olub.

 

1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

 

F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub.

 

Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb.

 

F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa edib.

 

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

 

Qeyd edək ki, 2022-ci ilin martın 22-də Prezident İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda bildirilirdi:

“Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022 - 2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir”.

 

2022-ci ilin noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” adlı təntənəli yubiley gecəsi keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN