İşsiz şəxslərə 200 manat ödəniş verilir? - RƏSMİ

14:20 20-02-2023 | icon 200 | İqtisadiyyat
İşsiz şəxslərə 200 manat ödəniş verilir? - RƏSMİ

“Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

 

Məsələ ilə bağlı bildirilib ki, hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil:

 

“Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə, onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər. Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər. Bir daha qeyd edirik ki, yayılan məlumatlarda qeyd edildiyi kimi, işsiz kimi qeydiyyatda olan şəxslərə hər hansı ödənişin verilməsi məsələsi gündəmdə deyil. Vətəndaşlardan ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyan bu dezinformasiyalara inanmamağı, yalnız rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

Ordu ilə bağlı zarafat etdi

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı