Çempionlar Liqası: AFİŞA

10:03 21-02-2023 | icon 115 | İdman
Çempionlar Liqası: AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

 

Versus.Az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

 

Komandalar indiyədək Avropanın ən nüfuzlu klub turnirində 9 dəfə üz-üzə gəliblər. Bunların 5-də “kral klubu”, 3-də “mersisaydlılar” qalib gəliblər. Bir qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.

 

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qonağı olacaq. Oyunda ədaləti portuqaliyalı hakim Artur Diaş qoruyacaq.

 

İki komandanın Çempionlar Liqasında yolu cəmi bir dəfə kəsişib. 1994/1995 mövsümünə təsadüf edən hər iki qarşılaşmada Bundesliqa təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

 

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral

00:00. “Liverpul” (İngiltərə) - “Real Madrid” (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, “Enfild” stadionu

00:00. “Ayntraxt” (Almaniya) - “Napoli” (İtaliya)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, “Frankfurt” stadionu.

 

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

Ordu ilə bağlı zarafat etdi

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı