QDİƏT-in komitəsinin videokonfrans formatında 61-ci iclası keçirilib

17:22 22-02-2023 | icon 158 | Siyasət
QDİƏT-in komitəsinin videokonfrans formatında 61-ci iclası keçirilib

Fevralın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 61-ci iclası keçirilib.

 

Versus.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Komitə iclasında Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri, qurumun sədr müavini Eldar Quliyev, deputat Jalə Əhmədova, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.

 

Komitədə, əvvəlcə iclasın gündəliyi və 60-cı iclasın protokolu təsdiq edilib.

 

Sonra tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə iqtisadi təhlükəsizliyin gücləndirilməsində parlamentlərin rolu” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

 

İclasda Milli Məclisin deputatı Jalə Əhmədova mövzu ilə bağlı çıxış edib.  O, iclas iştirakçılarını salamlayaraq, əvvəlcə Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsini yad edib, qardaş türk xalqına başsağlığı diləklərini bildirib.

 

Sonra millət vəkili vurğulayıb ki, Azərbaycanda qanunyaradıcılığı prosesində vətəndaşların sağlamlığı, təhsili, məşğulluğu, və sosial müdafiəsi məsələləri prioritet istiqamət təşkil edir. Bu tendensiyanın 2023-cü ilin Dövlət büdcəsində də qabarıq şəkildə əks olunduğunu qeyd edən Jalə Əhmədova büdcədə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təhsil kimi sosial təminat xərclərin artırılması tədbirlərindən danışıb.

 

O, Azərbaycanda vətəndaşların sosial müdafiəsinə və rifahının yüksəldilməsinə xüsusi diqqət yetirildiyini göstərir.

 

Yekunda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN