"Sevgi janrında çəkilən filmdə rol ala bilərəm"

20:02 03-02-2019 | icon 173 | Şou-biznes
"Sevgi janrında çəkilən filmdə rol ala bilərəm"

 

"Dəlilər Fatihin fərmanı" filmini Türkiyədə izlədim. Təəssüratlarım çox gözəldir. Türkiyənin tarixindən  bəhs edir. Dəyərli aktyorlar rol alıb. Film ağır çəkilidir. Büdcəsi böyükdür. Təsirli səhnələr çoxdur. Ekran işində Azərbaycan həqiqətləri də yer alıb.

 

Versus.Az xəbər verir ki, bu sözləri müğənni Elçin Şirinov "Dəlilər Fatihin fərmanı" filmi haqqında musavat.com-a açıqlama verərkən deyib. O, keçmiş millət vəkili, qayınatası Sabir Rüstəmxanlının da dəstəyi ilə çəkilən ekran işindən ağızdolusu danışıb:

"Filmdə azərbaycanlı aktyor Namiq Rüstəmxanlı da iştirak edib. Adı Mübarizdir, Azərbaycan dilində danışır. Zalda Azərbaycan türkcəsinə olan sevginin bir daha şahidi oldum.Hər kəsə izləməyi tövsiyə edirəm".

İfaçı eyni zamanda aktyor olma həvəsindən də bəhs edib:

"Əvvəllər filmdə rol almağı düşünməmişəm, amma özümü sınamaq istəyirəm. "Dəlilər Fatihin fərmanı" filmi üçün  hazırlıqlar lazım idi, at çapmaq, qılınc oynatmaq və s. Bunlar mənim üçün çətin olardı. Mən özümə aid filmdə rol almaq istərdim. Romantik, sevgi janrında çəkilən filmdə rol ala bilərəm. Amma komediya filmində oynamaq istəmirəm. İmicimi zədələməkdən qorxuram. Tanıyanlar bilir ki, zarafatımın ölçüsü var".

Şirinov "Saçımı rəngləmək fikrim yoxdur" sözlərinin səhv anlaşılmasına da münasibət bildirib:

 

" "Mən eləmərəm" deməmişəm. Sadəcə düşünmürəm. Heç vaxt heç vaxt demirəm. İnsanın başına hər şey gələ bilər. Mənə qarşı olan sərt reaksiya xoşuma gəlmədi. Zarafata dediyim sözlərin bu qədər böyüməsi xoş deyil".

İfaçı bəstəkarlıq fəaliyyətindən də bəhs edib:

" "Şirinçay" mahnımı, klipimi təqdim etdim, mahnıda köhnə ab-hava var. Xalq mahnısı kimi yaddaşlarda qalacaq. Əvvəlki kimi mahnı satmıram, alan yoxdur, lazım olan məbləği vermirlər. Neçə ildir ki, bu işlə məşğuluq, təcrübəmiz var. Daha hamı özü üçün mahnı yazır. Biz də mahnının yaxşı müğənnilərə veririk ki, yaddaşlarda qalsın, itib batmasın. Artıq pul güdmürük".

Elçin müğənni Damlanın tənqid olunmasına da münasibət bildirib: "Damla ilə universitetdə bir oxumuşuq, o vaxtdan istedadlıdır. Damla əziyyət çəkdi, neçə ildən sonra istədiyi yerə gəldi. Damlada Türkiyənin populyar müğənnisi Naside Göktürkün boğazları var. Bəlkə də, heç kim bu nüansı  tutmayıb, amma o qızın səsində bir şirinlik var".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb