KKTC tarixin yeni mərhələsində

11:17 28-02-2023 | icon 314 | Cəmiyyət
KKTC tarixin yeni mərhələsində

Bu gün Bakıda KKTC tarixin yeni mərhələsində: "Türkdilli dövlətlərə inteqrasiya fonunda təhsil və turizm imkanıarı ilə tanışlıq" adlı tədbir keçirilib. Öncə Türkyədə baş verən təbii fəlakətdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 


Tədbiri giriş sözü ilə açan əməkdar jurnalist Mətanət Ağamirli Kuzey Kıbrıs Türk Cümhuriiyyətinin Türk Dövlətləri Təşkilatlna müşahidəçi statusunda üzv qəbul edilməsini mühüm hadisə adlandırdı:

 

"Əminəm ki, bundan sonra Şimali Kipr təşkilatın toplantılarında daha aktiv iştirak edəcək, digər türk dilli ölkələrlə müxtəlif sahələrdə əlaqələrini möhkəmləndirəcək, yeni əməkdaşlıqların təməli qoyulacaq. Elə Bakıda keçirilən bu tədbiri də KKTC-nin müşahidəçil statusu ilə əlaqələndirə bilərik".

 

Sonra KKTC və otellərin təqdimatı oldu.


"DMG Cyprus qrupu"nun başqanı Bora Özgen Kuzey Kıbrısın tanıdılması ilə bağlı 10 dəqiqəlik video çarxı tədbir iştirakçılarına təqdim etdi. O çıxışında "DMG Cyprus qrupu"nun ölkəsinin fərqli sahələrində təmsil olunduğunu diqqətə çatdırdı: "Biz hotelçilik, gəmiçilik, universitet, turizm, əkinçilik, heyvandarlıq, əmlak və s. sahələrdə fəaliyyət göstəririk. Kuzey Kıbrıs ilin dörd fəslində də turizmin olduğu ölkədir. Bura həm də mədəniyyətlərin kəsişdiyi, tarixi abidələrlə zəngin, təbiətlə iç-içə olan məmləkətdir".


Bora Özgen adadakı tarixi mirasın 70 faizinin məhz Kuzey Kıbrıs ərazisində olduğunu vurğuladı. O, əhalinin sayının 300 mindən 500 minə çatdığını bildirərək, əlavə etdi ki, son illər Türkiyə, Böyük Biritaniya, Macarıstan, Polşa və digər ölkələrdən KKTC-yə köçüblər. Bora Özgen xarici vətəndaşların Kuzey Kıbrısda ev almaları, əmlak sahibi olmaları haqqında mövcud prosedurlardan danışdı.


B.Özgen Kuzey Kıbrısın universitet və təhsil sahəsində Güney Kıbrısdan çox irəli olduğunu dilə gətirərək, hazırda KKTC-də 21 universitetin fəaliyyət göstərdiyini, 110 mindən çox tələbənin təhsil aldığını bildirdi. Kuzey Kıbrıs universitetlərinin diplomlarının bütün dünyada tanındığını xüsusi olaraq qeyd etdi.


Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi tədbirin hər iki ölkə üçün əhəmiyyətini vurğuladı. Turizm və Menecment universitetinin müəllimi olduğunu diqqətə çatdıraraq, azərbaycanlı tələbələrin tətil müddətində Kuzey Kıbrısın xidmət sektorunda təcrübə keçmələri təklifini irəli sürdü. Eyni zamanda, iki ölkə arasında turizm sahəsinin inkişaf etdirilməsinin, gediş-gəlişin çoxalmasının, iki qardaş xalqın bir-birini daha yaxından tanımasının vacibliyinə diqqət çəkdi.

 


"Acapulco" hotelin müdiri Özer Özbilen çıxışında Azərbaycanda, Bakıda olduğundan məmnunluğunu bildirdi və tədbirin təşkilatçılarına təşəkkür etdi. Hotelin 1981-ci ildən fəaliyyət göstərdiyini dedi:

 

"Onu da xüsusi qeyd etmək istəyirəm ki, "Acapulco"nun ərazisini rumlardan (yunanlardan - A.Ə) satın aldıq və ora Kuzey Kıbrıs torpağıdır. Hotelimiz KKTC-nin ən gözəl şəhərlərindən biri olan Girnədə, dənizə sıfır məsafədə yerləşir". "Acapulco"nun özəlliyindən danışan Özbilən, hotelin "doğanın dostu" olduğunu bildirdi və qeyd etdi ki, bütün məhsullarımız orqanikdir: "Hotelin əkin sahələri, fermaları var, qonaqlarımıza təqdim etdiyimiz bütün məhsullar təbiidir. Eyni zamanda, lunaparkımız, böyük idman parkımız var. Hətta dünyada məhşur olan futbol klubları həmin idman parkında olub, təlim məşqləri də keçiblər".


"Acapulco"nun azərbaycanlı əməkdaşı Aygün Səmədova da hotel haqqında geniş məlumat verdi.


Beynəlxalq Final Universitetinin Xarici Əlaqələr bölümünün rəhbəri doktor Sualp Davut çıxışına "Xocalı bizim də acımız, zəfəriniz bizim də zəfərimizdir" sözləri ilə başladı. Təmsil etdiyi Final universitetinin KKTC özəl ali təhsil müəssisələri arasında xüsusi yer tutduğunu diqqətə çatdırdı:

 

"Hazırda universitetimizdə 4500 nəfər tələbə təhsil alır. Onların 85 faizi əcnəbi tələbələrdir və dünyanın 65 ölkəsindən Kuzey Kıbrısa gəliblər. Universitetimizdə hər 8 tələbəyə 1 müəllim düşür. Təhsilin 80 faizi ingiliscədir. Hazırda Final universitetində 250 nəfər müəllim çalışır. Bütün standartlara cavab verən 6 yataqxanamız var. Dünyanın tanınmış universitetləri ilə əməkdaşlıq edirik".


Doktor Sualp Davud azərbaycanlı tələbələrə yüksək burs verdiklərini də diqqətə çatdırdı.


Millət vəkili Vüqar İskəndərov çıxışında parlament nümayəndə heyəti ilə birlikdə KKTC-yə səfər etdiklərini, prezident Ersin Tatarla götüşdüklərini, həm rəsmi səviyyədə, həm də xalq tərəfindən mehribanlıq və qonaqpərvərliklə qarşılandıqlarını bildirdi:

" Kuzey Kıbrıs tarixə şahidlik edən, qədim mədəniyyətə sahib ölkədir. Mənim millət vəkili olduğum Şəki də qədim şəhərdir. İki ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin qurulmasında, qardaşlaşmasında üzərimə düşəni etməyə hazıram".


Etika Akademiyasının rəhbəri Günel İbrahim isə hələ də KKTC-də olmadığı üçün təəssüf hissini ifadə etdi:

"İnsanlar çalışır, pul qazanır, bunun müəyyən bir hissəsini isə tətilə xərcləyirlər. Fikrimcə, tətilimiz müddətində türk dilli ölkələrə də üstünlük verməliyik. Mütləq Kuzey Kıbrısa gedəcəyəm. Bir-birimizi daha yaxından tanımaq üçün gediş-gəliş çox önəmlidir".


Qeyd edək ki, tədbirdəmillət vəkilləri, qht rəhbərləri, iş qadınları, jurnalistlər, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, təhsil və mədəniyyət üzrə attaşe Tevfik Ulual iştirak edirdilər.

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı