Universitetdə imtahanların keçirilməsində YENİLİKLƏR

09:58 01-03-2023 | icon 406 | Təhsil
Universitetdə imtahanların keçirilməsində YENİLİKLƏR

Lənkəran Dövlət Universitetində imtahanların keçirilməsində yenilik nəzərdə tutulub.

 

Versus.Az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şuranın fevralın 28-də keçirilən iclasında söz açılıb.

 

Elmi şuranı açan universitetin rektoru, şuranın sədri prof. Natiq İbrahimov cari tədris ilinin növbəti semestrində qarşıda duran əsas vəzifələrdən, ali təhsil müəssisəsinin hədəflərindən söz açanda semestr imtahanlarının keçirilməsi formasında dəyişliklərin edilməsinin vacibliyini xüsusi vurğulayıb.

 

Elmi şurada ilkin müzakirəyə çıxarılan “2022/2023-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor dos. İdrak Əsgərov ətraflı məlumat verib. Məruzəçi diaqramlar vasitəsilə ayrı-ayrı fakültələr və bütövlükdə universitet üzrə 2022/2023-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin təhlilini verib, ötən illə müqayisədə əldə edilmiş uğurlardan danışıb, eyni zamanda aşağı göstəricilərin səbəbləri açıqlanıb.
Məruzə ətrafında keçirilən müzakirədə qarşıdakı imtahan sessiyasının daha modern formada keçirilməsi, tələbələrin təkliflərinin nəzərə alınması və s. barədə fikir mübadiləsi olub, məsələ ilə bağlı komissiyanın, işçi qrupun yaradılması Elmi şura tərəfindən qərara alınıb.


“Universitetin “Elmi Xəbərlər” jurnalının yeni seriyaları haqqında” universitetin Elm və tədqiqat işləri şöbəsinin müdiri Ülkər Babayevanın məlumatı dinlənilib. Ülkər Babayeva Elmi şura üzvlərini universitetdə keçiriləcək “Zona fənn olimpiadaları”na hazırlığın vəziyyəti ilə də tanış edib.


“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə kollecin direktoru Leyla İbrahimova geniş məlumat verib.
Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi haqqında Elmi katib Allahşükür Quliyevin məlumatı dinlənilib.


Elmi şurada bir sıra cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN