Maaşa görə etiraz edən tibb işçiləri barədə QƏRAR

10:58 01-03-2023 | icon 211 | Təhsil
Maaşa görə etiraz edən tibb işçiləri barədə QƏRAR

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşının maaşlarını almaması məsələsinə münasibət bildirib.

 

Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub:

 

“Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin ikiaylıq maaşı universitetin büdcəsindən ödənilsin. Bu gün onlar maaşlarını alacaqlar”.

 

O qeyd edib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək:

“Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır”.

 

Qeyd edək ki, dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşı hüquqlarının pozulduğunu, uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı