Muradın “Brilyantlar”ı…

12:25 01-03-2023 | icon 230 | Şou-biznes
Muradın “Brilyantlar”ı…

Bəstəkar-müğənni Murad Arif solo konsert öncəsi illərdir hit olan bəstəsi “Brilyantlar”a yeni nəfəs verib.

 

Versus.Az xəbər verir ki, sənətçi sözügedən mahnını arabesk-oriental janrda təqdim edib və mahnı üçün kamera qarşısına da keçib.

 

“Bu mahnının ilk ifaçısı Nura Suri olub. 12-13 il öncə oxuyub. Mahnı hələ də sevilir, sağlam səslənir. Amma o mahnının bu mahnıdan bir fərqi var. O bir qadının münasibətidir. Deyir ki, əgər bir kişi yanımda olmaq istəyirsə, səxavətli olmalıdır, əlini cibinə atmalıdır, brilyantları başımdan tökməlidir. Bu isə sevgilisi üçün səxavətli olan kişinin mahnısıdır. Nuranın versiyası səxavətli kişiyə mesaj idi, bu isə ona cavabdır” - deyə, Murad mahnısını xarakterizə edib.


Delee Oruclunun rejissorluq etdiyi klipdə Murad üç libasda kamera qarşısına keçib. Bir-birindən fərqli obrazlarda olan sənətçiyə klipdə mahnının ikonik ifaçısı Nura Suri də yoldaşlıq edib. Rəngarəng kadrlarla diqqətçəkən layihə üzərində 30-dan çox işçi heyəti çalışıb. Muradın fotolarını isə tanınmış fotoqraf Raj Steven ərsəyə gətirib.


Qeyd edək ki, mahnının söz və musiqisi Murad Arifə aiddir. Nura Suridən sonra sözügedən mahnının Xalq artisti Brilliant Dadaşova da ifa etmişdi.

 

Onu da bildirək ki, sənətçi 19 may tarixində Heydər Əliyev sarayında solo konsert verəcək. Gecədə mahnılarını ifa edən müğənnillərlə Muradın duetləri gözlənilir.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN