“Lavrovun Laçın dəhlizi ilə bağlı dediklərinin məntiqi əsası yoxdur”


Məhəmməd Əsədullazadə: "Rusiya yenə anti-Azərbaycan mövqeyindədir"
“Lavrovun Bakı səfəri mənfi çalarlarla yadda qaldı. Bununla yanaşı Laçın dəhlizi ilə bağlı Lavrovun dediklərinin heç bir məntiqi əsası yoxdur. Lavrov başqa bir ölkənin daxili işlərinə qarışa bilməz”
Bunu Versus.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda mətbuat konfransda - Laçın yolunun rejimi və onun funksiyası ilə bağlı dediyi “Laçın yolu humanitar məqsədlər üçün açıq olmalıdır”, fikirləri ilə bağlı açıqlamasında bildirib.
M.Əsədullazadə bildirib ki, Lavrovun Azərbaycan səfəri ilə bağlı müsbət gözləntilər yenə suya düşdü. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqının missiyasını sərhəddə daşıması və bu fonda Rusiya isteriyasının gücləndiyini nəzərə alsaq, Rusiya Laçın dəhlizi və Qarabağda baş verənlərlə bağlı Azərbaycana üstünük verdiyini göstərməli idi:
“Amma biz bunun tərsini gördük. Rusiya yenə də anti-Azərbaycan mövqeyini ortaya qoydu, yenə də “Laçın dəhlizindən maniəsiz keçid”in təmin edilməsi istəyi ilə ermənilərin könlünü almağa çalışdı. Bu o deməkdir ki, Rusiya Laçın dəhlizinin əvvəlki vəziyyətə gətirilməsini istəyir. Yenə də silah-sursatın daşınmasını, Azərbaycana qarşı separatizmin davam etməsində maraqlıdır. Amma Azərbaycan müstəqil bir dövlətdir və təbii ki, real vəziyyətə uyğun olaraq addımlayacağını hədəf götürür. Regionda marağı olan bu cür dövlətlərin məntiqsiz çıxışları da qaçılmazdır”
TAHİRƏ
Versus.az
Xəbər lenti

Məleykə Abbaszadə valideynləri günahlandırdı
"Mlərəsə övladlarının 700 bal toplamasının acığını vermək üçün..."