Lavrov və Laçın, Zəngəzur dəhlizlərinin açılması ilə bağlı açıqlamalar...

15:26 28-02-2023 | icon 159 | Geopolitika
Lavrov və Laçın, Zəngəzur dəhlizlərinin açılması ilə bağlı açıqlamalar...

 

 “Lavrovun regionla bağlı Azərbaycanın maraqlarına uyğun xüsusi nəsə deyəcəyini gözləmirdim. Rusiya xarici siyasət idarəsinin başçısı ənənvi olaraq özünün bu mövqeyini əvvəllər də açıqlamışdı. Rusiya yenə Ermənistanın başını sığalladı”.

 

Bunu Versus.az-a YAP idarə heyətinin üzvü, politoloq Asif Əsgərli Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərdə mətbuata, Ermənistana gələn Avropa İttifaqı missiyasının legitimliyinin ciddi şübhə doğurduğunu söyləməsi və gözləntilərlə bağlı açıqlamasında bildirib.

 

A.Əsgərli bildirib ki, Rusiya xarici işlər nazirinin Azərbaycana gözlənilən səfəri, burada aparılacaq danışıqlar və nəhayət, Lavrovun Azərbaycanla bağlı mövqeyi müxtəlif açıqlamalar, bəyanatları fonunda yenidən müşahidə edə bildik.

 

Politoloq qeyd edib ki, əsas hədəf olan - bölgədə vəziyyət, Azərbaycan-Ermənistan münasibətləri, sülh danışıqları, Laçın, Zəngəzur dəhlizlərinin açılması ilə bağlı açıqlamalar gözlənildiyi kimi verildi. Avropa ittifaqı missiyasının Ermənistana gətirilməsi ilə bağlı Rusiyanın bugünkü mövqeyinə gəlincə, ekspert bu reaksiyanın əvvəllər də verildiyini qeyd edib.

 

“Avropa İttifaqı bölgəyə missiyanın gətirilməsi ilə bağlı birtərəfli mövqeyini ortaya qoyanda Azərbaycan və Rusiya özünün əks münasibətini bildirmişdi. Ermənistan isə Rusiyanı bölgədən çıxartmaqda maraqlı olduğuna görə Avropa İttifaqının missiyasını bölgəyə gətirmək istədi. Rusiyanın belə çıxışlarla nəyə ümid bəslədiyini və bu ümidlərin necə doğrulacağını yəqin ki, görəcəyik”.

 

A.Əsgərli qeyd edib ki, Lavrovun açıqlamalarında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hərtərəfli hazır olduqları, eləcə də Azərbaycanın sülh təkliflərinə reaksiya verib, Ermənistanın reaksiya vermədiyi də ifadə olundu. O, hesab edir ki, Lavrov eyni zamanda “Ermənistanın bu məsələyə reaksiya verməsini təkidlə təklif etməyəcəyik” -fikrini söyləməklə Ermənistanın başını sığallamaq siyasətini də göstərdi.

 

Ekspert Lavrovun dediyi -Azərbaycan sülh təkliflərinə reaksiya verib” fikirlərinə aydınlıq gətirdi. O, bildirdi ki, Rusiyanın təklif etdiyi sülh müqaviləsində Azərbaycanı qane edən və etməyən tərəflər var.

“Məsələn, Azərbaycanın təklif etdiyi və razılaşdığı 5 baza prinsipində Qarabağ iqtisadi rayonunda ermənilərə hər hansı satatus verilməsi ilə bağlı məsələ yoxdur. Azərbaycan bu mövqeyini bütün dünyaya bəyan edib. Azərbaycan heç vaxt öz ərazisində ermənilərə ayrca status verməyəcək”.

 

Lavrovun –“Laçın dıhlizi üçtərəfli bəyanatlarla tənzimlənir, mülki və humanitar yüklər daşınmalıdır” -fikirlərinə gəlincə, ekspert Rusiya rəsmisinin, “Azərbaycanın Naxçıvanın qərbi ilə əlaqələri təmin olunmalıdır” fikrinə də diqqət çəkib. Onun fikrincə, üçtərəfli sazişə imza atan bir vasitəçi olaraq Ermənistanla bərabər Rusiyanın da bu məsələdə öhtəliyi var və Rusiya təkliflərlə çıxış edərkən özünün öhtəliklərini də anlamalıdır.

 

 

“Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, bu il Ermənistana son şans ili verilib. Ermənistan Zəngəzurda sərhəd gömrük xidmətini təmin etmək istəyirsə, bunu Laçın dəhlizində də təmin edəcək. Əks halda Azərbaycan öz ərazisindən kimlərinsə öz cinayətkar məqsədləri üçün istifadə etməsinə, özbaşınalığına imkan verməyəcək. Ona görə də, Azərbaycan ekoaktivistlərinin bu gün davam edən aksiyaları da davam edəcək”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı