“Rusiya göstərmək istəyir ki..."

19:34 01-03-2023 | icon 214 | Siyasət
“Rusiya göstərmək istəyir ki..."

Əli Mustafa: “Lavrovun bu fonda Bakı səfəri Ermənistana xəbərdarlıq da ola bilər”

 

“Lavrovun Azərbaycana mütərəqqi ideyalarla səfər etməsinə inanmıram. Rusiya bugünkü reallıqlar fonunda Azərbaycandan nələrsə istəyə bilər.  Halbuki, üçtərəfli sazişə əsasən dəhlizlərin açılması və  digər məsələlər məhz Rusiyanın məsuliyyəti daxilində olsa da, bunları reallaşdıra bilmir”.

 

Bunu Versus.az-a siyasi şərhçi Əli Mustafa Rusiya xarici işlər naziri Sergey Lovrovun Avropa İttifaqının Ermənistana irəli sürdüyü ultimatumlar ərəfəsində Bakıya səfərinin səbəbləri ilə bağlı açıqlamasında bildirib.

 

Ə.Mustafa hesab edir ki, bu səfər Rusiyanın dünyadan təcrid olunduğu bir şəraitdə immitasiya xarakteri daşıyır:

 

“Rusiya göstərmək istəyir ki, heç də dünyadan təcrid olunmayıb, qonşu dövlətlərlə sıx əlaqələr saxlayır, əməkdaşlıq edir”.

 

Ekspert bununla yanaşı Lavrovun səfəri zamanı Rusiyanın xüsusən də Laçın yolunda  nəzarət-gömrük postunun açılmasına razılıq verməsi, Qarabağda istismar olunan mədənlər,  eləcə də rus sülhməramlıların mandatı ilə bağlı müzakirələr aparıla bilər.

 

O, hesab edir ki, Lavrovun Bakı səfərinin məhz Avropa İttifaqının Ermənistana ultimatum göndərməsi ilə üst-üstə düşməsini təsadüfi saymayıb. Onun fikrincə, Avropa İttifaqı bu tələbində haqlıdır. Çünki Ermənistan tərəfi həm Avropa, həm də Rusiya ilə oyun oynayır:

 

“Anlaşılan odur ki, artıq ermənilərin də manevr imkanları məhdudlaşır.  Əslində bu, Ermənistanın masakasının cırılmasını sürətləndirən bir məsələdir.  Avropa İttifaqı yaxşı bilir ki, KTMT-dən çıxmaq Rusiya ilə açıq münaqişədir. Rusiya Ermənistandan güclüdür, üstəlik orada hərbi bazası var. Ermənistan iqtisadiyatın yarısından çoxu Rusiyanın nəzarətindədir.  Yəni bu və ya digər formada Ermənistan Rusiyanın datasiyasındadır.  Ermənistan da başa düşür ki, Qərb uzaqdadır, perspektevlidir, amma real deyil. Ona görə də, ermənilər hələ bir müddət tərəddüd edəcəklər və Rusiyanın zəifləməsinə uyğun olaraq ondan uzaqlaşacaqlar. Belə bir şəraitdə Rusiya Ermənistana çox şey edə bilər. Avropanın Ermənistanla sərhədə gətirdiyi mülki missiya da bununla bağlıdır. Və Lavrovun belə bir fonda Bakı səfəri bu prosesdə Ermənistana xəbərdarlıq da ola bilər”-Ə.Mustafa bildirib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi