"İrandan Ermənistanın silahlandırılması da gözləniləndir"

20:11 01-03-2023 | icon 237 | Geopolitika
"İrandan Ermənistanın silahlandırılması da gözləniləndir"

Elxan Şıxəliyev: “İran-Ermənistan əlaqələrinə təəccüblənməməli və mümkün ola biləcək addımlara hazır olmalıyıq”

 

“Son zamanlar İran Azərbaycana münasibətini  "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" -kimi tezislərlə servis edir. Ona görə də İranın Azərbaycana qarşı işğalçı müharibədə iştirak edib yaralanmış hərbçilərinə yardım göstərmək istəyini Ermənistan - İran siyasi münasibətləri kontekstində qiymətləndirməliyik.”. 

 

Bunu Versus.az-a hərbi ekspert Elxan Şıxəliyev İranın işğalçı Ermənistanın müharibədə yaralanmış hərbçilərinin müalicəsini, reablitasiyasını öz üzərinə götürməyə, bu işdə onlara yardım etməyə hazır olması ilə bağlı açıqlamasında bildirib.

 

E.Şıxəliyev qeyd edib ki, İran Ermənistanla  iqtisadi, siyasi, hərbi müstəvidə bütün əlaqələrini həyata keçirdəcək. Onun sözlərinə görə, bunda Ermənistan özü də maraqlıdır. Çünki indiki mərhələdə ona hansı ölkə yardım edərsə, xilasıdır:

 

“İranın Azərbaycana qarşı münasibəti ortadadır. Bu ölkənin cənub sərhədlərimizdə keçirdiyi təlimlər, Tehrandakı səfirliyimizə silahlı hücum və aqressiv bəyanatları siyasi münasibətlərimizin gərgin vəziyyətdə olduğunu göstərir. Bunun səbəbkarı İrandır. Çünki İran Ermənistanla hərbi müttəfiqliyi üzərindən Azərbaycana düşmən ölkə kimi yanaşır. Halbu ki, Azərbaycan hər zaman İrana dost münasibəti sərgiləyib. Ona görə də biz bu gün İrandan Ermənistanın silahlandırılmasını da gözləməliyik. İran “qırmızı xətləri” keçib. İran özünü Azərbaycana düşmən kimi tədim edir. Müdafiə və təhlükəsizlik konsepsiyasmızı bunları nəzərə alaraq həyata keçirməliyik”.

 

Ekspert hesab edir ki, İranın Azərbaycana aqressiyası Zəngəzur karidorunun açılmamasına hesablanan siyasət üzərindən  həyata keçirilir. Çünki “Zəngəzur yolu” açılmasa magistral yol İrandan keçəcək və İran bundan iqtisadi dvidentlər qazanacaqdır:

 

“Növbəti mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirən səbəblərdən biri İran ola bilər. Ona görə də İran-Ermənistan əlaqələrinə təəccüblənməməli və mümkün ola biləcək addımlara hazır olmalıyıq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN