"Qoşulmama Hərəkatı milli maraqlarımız üçün bir platformadır"

12:03 02-03-2023 | icon 211 | Siyasət
"Qoşulmama Hərəkatı milli maraqlarımız üçün bir platformadır"

Mətin Məmmədli: “Sədrlik dövründə ölkəmiz təşkiatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təşəbbüslərlə çıxış edib”

 

Azərbaycan bu il də BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük toplantısı olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilata, eyni zamanda Azərbaycanın dünyaya sülh mesajları verməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.

 

Qoşulmama Hərəkatının sədri olan Azərbaycan bu toplantıya hansı gücü qatır və bu tribunadan necə istifadə edir?

 

Bu istiqamətə Versus.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı ölkəmizin uğurlu xarici siyasəti ilə bağlıdır.

 

Ekspert ölkəmizin Qoşulmama Hərəkatına qoşulmasını tam məntiqli və qanuna uyğun hesab edib:

 

“Ölkəmiz hər hansı br formada hərbi bloklara qoşulmamaq xəttini həyata keçirir. Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz təşkiatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib və bu istiqamətdə də fəaliyyətini davam etdirəcək.  Qoşulmama Hərəkatı bizim milli maraqlarımızı təmin etmək üçün bir platformadır.  Azərbaycan Qoşulmama Hərəkatında sədrlik etdikdən sonra  həyata keçirdiyi fəaliyyət göstərir ki,  həm də bu istiqamətdə qarşısında qoyduğu məqsədlərə çatır”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?