Hacı Şahin kim idi - DOSYE

12:08 02-03-2023 | icon 235 | Cəmiyyət
Hacı Şahin kim idi - DOSYE

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin vəfatı ilahiyyatçını tanıyanların hamısını təəsüfləndirib.


Hacı Şahin ictimai fəaliyyətində məzhəbi məqamlardan və tarixi konfliktdən uzaq dayanmağa çalışan savadlı din xadimi kimi tanınmışdı.
 

Versus.az saytı mərhum ilahiyyatçının dosyesini təqdim edir:
 

Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində doğulub.


1981-ci ildə Bakı şəhərindəki 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə orada təhsilini başa vurub.

1995-1997-ci illərdə hərbi xidmətini cəbhə bölgəsində çəkib.

1991-1999-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub.

2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

Ərəb, fars və rus dillərini bilirdi.

Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil də almağa başlayıb. 1992-ci ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb.


2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaatdır.

 

O, dini mövzularda tədrislə də məşğul olub. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib.

2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

1998-2001-i illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib.

Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.



Ailəli idi, dörd övladı var. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi