Qərbdən BƏƏ ÇAĞIRIŞ


"Rusiyaya elektronika ixracını dayandırın"
Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya "kritik mallar"ın ixracını dayandırmağa çağırıb.
Versus.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.
Nəşr bildirir ki, Qərb BƏƏ-nin tədarük etdiyi elektronika məhsullarının Rusiyatərəfindən hərbi məqsədlər üçün istifadə oluna biləcəyindən ehtiyat edir. Məlumata görə, Birləşmiş Ştatlar, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya rəsmiləri son həftələrdə BƏƏ-yə səfər edib və ölkə rəsmilərinə sanksiyaları pozmamaq üçün təzyiq ediblər.
Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildə BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı yeddi dəfədən çox artaraq təxminən 283 milyon dollara çatıb.
Xəbər lenti

Məleykə Abbaszadə valideynləri günahlandırdı
"Mlərəsə övladlarının 700 bal toplamasının acığını vermək üçün..."