Ruslar Xankəndiyə silah daşıyır - İDDİA

13:52 02-03-2023 | icon 230 | Qarabağ
Ruslar Xankəndiyə silah daşıyır - İDDİA

Üzeyir Cəfərov: "Qarşısı alınmasa, gələcəkdə başqa hərəkətlər də edə bilərlər"

 

Laçın-Xankəndi yolunda Ermənistanın ekoloji cinayətlərinə qarşı etiraz aksiyası 81 gündür davam edir. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

 

Gün ərzində Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) onlarla avtomobili Laçın yolundan Xankəndiyə və əks istiqamətə hərəkət edir. Rusiya hərbçiləri Xankəndiyə humanitar yardım apardığını iddia etsə də, bir sutkada onlarla maşının Xankəndiyə keçdiyi şübhə doğurur. 

 

Maraqlıdır, rus sülhməramlıları Xankəndiyə nə aparır? 

 

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, sülhməramlılar humanitar yardım adı altında yük maşınları ilə separatçılara silah daşıyır. 


"Heç kimin şübhəsi yoxdur ki, rus sülhməramlıları separatçılara silah aparır. Bununla bağlı bir neçə dəfə dövlət tərəfindən açıqlama verilib. Sadəcə Rusiya gördü ki, Azərbaycana təsir etmə imkanları zəifləyib, ona görə də bu cür addımlar atır. Bunun qarşısı alınmasa, gələcəkdə başqa hərəkətlər də edə bilərlər. Hər gün çox sayda yük maşını nə daşıya bilər?!" - deyə ekspert bildirib.

 

Ehtiyatda olan polkovnik iddia edir ki, Rusiya Qarabağda bizneslə məşğuldur:

 

"Sülhməramlılar orada taksi fəaliyyəti ilə məşğuldur. Ermənilərin Qarabağdan çıxarılması və gətirilməsi üçün 1000 dollar pul alırlar. Bu məlumatları biz deyil, erməni tərəfi yayıb. Qarabağa gələn rus sülhməramlılarının yük avtomobillərində minalar və silahlar gizlədilir. Həmin silahlar separatçılar üçün daşınır. Rusiyanın XİN başçısı Sergey Lavrov Bakıda dəxlisiz fikirlər səsləndirmək əvəzinə, bu cür məsələlərə aydınlıq gətirməli idi. 2021-ci ildə Ermənistanda istehsal olunan minalar Qarabağda necə peyda ola bilər? Bu minaları Rusiya sülhməramlılarından başqa kim bizim ərazimizə gətirə bilər? Qarabağda separatçılar tərəfindən 24 yeni hərbi obyekt yaradılıb. Rus sülhməramlıları isə bunu yalnız seyr edir. Heç kim zəmanət verə bilməz ki, həmin obyektlərdən bizim əsgərlərimizə atəş açılmayacaq. Məncə, bütün bunların qarşısını almaq üçün Azərbaycan dərhal Qarabağda nəzarət postları yaratmalıdır. Rusiya isə prosesi uzatmaq istəyir və biz buna imkan verməməliyik".

 

Qeyd edək ki, dekabrın 12-dən - ekoloji aksiya başlayandan bəri mindən çox nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN