AFFA iki yarışı ayırır

15:19 02-03-2023 | icon 316 | İdman
AFFA iki yarışı ayırır

Bölgə klublarının qarşısına qoyulan tələb yumşaldılacaq

 

Növbəti mövsümdən futbol üzrə Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları I Divizionda mübarizə aparmayacaqlar.

 

Versus.Az xəbər verir ki, çoxdandır müzakirəsi gedən proses yekun qərar mərhələsindədir. Qurumun İcraiyyə Komitəsinin martın 7-də keçiriləcək iclasında məsələ müzakirəyə çıxarılacaq. Əldə etdiyimiz məlumata görə, yekunda yarışların ayrılması qərarı veriləcək.

 

Bununla başqa bir tələbə də yenidən baxılması zərurəti yaranıb. Məsələ ondadır ki, hazırda I Divizionun 14 komandasından doqquzu elita təmsilçilərinin əvəzedicisidir. Onlar ayrıldıqdan sonra cəmi beş klub qalacaq ki, belə də yarışı keçirmək mümkün olmayacaq. Boşluq Region Liqası komandalarının I Diviziona buraxılması ilə doldurulmalıdır. Burada isə başqa problem var: federasiya səviyyəcə ikinci turnirdə çıxış etmək üçün Region Liqasında üç illik iştirak tələbi qoyub. Orada isə demək olar ki, bunu qarşılayacaq klub yoxdur. I Divizion iştirakçılarının normal saya çatdırılması üçün sözügedən tələbin yumşaldılacağı gözlənilir.

 

Hər iki məsələ İK-nın növbəti iclasında müzakirə ediləcək və yekun qərar bundan sonra bəlli olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN